
BBC və “Mediazona”nın araşdırmasına görə, Ukraynada həlak olan 122 883 rus hərbçisinin adları müəyyənləşdirilib.
Yeniavaz.com xəbər verir ki, onların 53 faizi müharibə başlayanda ordu ilə heç bir əlaqəsi olmayan şəxslərdir – könüllülər, çağırışçılar və cəzaçəkmə müəssisələrindən cəlb edilmiş məhbuslar.
Araşdırma göstərir ki, ümumi ölüm hallarının 27 faizi könüllülərin payına düşür. 2023-cü ildə bu göstərici daha aşağı – 14 faiz olub.
Həlak olanların 14 faizi məhkumlardır. Bu qrupun payı getdikcə azalır, çünki istintaq orqanları və vəkillər təqsirləndirilənlərə və şübhəlilərə Rusiya ordusu ilə müqavilə imzalamaqla cinayət cəzasından yayınmaq imkanları barədə məlumat verir.