Pezeşkian: Marşrut mövcud sərhədləri saxlayır, tranzitə mane olmur...
Poliqon xəbər verir ki, İran İslam Respublikasının prezidenti Məsud Pezəşkian bəyan edib ki, əgər region ölkələrinin ərazi bütövlüyü pozulmursa, Tehran Zəngəzur dəhlizinin reallaşdırılmasını dəstəkləyir.
İran prezidentinin sözlərinə görə, İranın tələbləri nəzərə alınıb: marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəliliyini təmin edir və Avropaya, eləcə də şimala tranzitə mane olmur.
Eyni zamanda Pezeşkian, dəhlizin tikintisində ABŞ və Ermənistan şirkətlərinin iştirakından narahatlığını ifadə edib. O, qeyd edib ki, regiondakı nəqliyyat layihələri siyasi təsir alətinə çevrilməməli, yalnız iqtisadi və logistik məqsədlərə xidmət etməlidir.
Pezeşkian əlavə edib ki, İran qonşu ölkələrlə əməkdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında regional sabitliyin qorunmasında maraqlıdır. Onun sözlərinə görə, Tehran bu layihənin icrasında balanslı yanaşmanın vacibliyini vurğulayır və bütün tərəflərin razı qalacağı bir formatın formalaşmasını istəyir.
Poliqon.info