AZ

Türkiyədə güclü zəlzələ oldu: Ərdoğandan açıqlama

Ulusal.a xəbər verir ki, Türkiyənin Balıkəsir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, yeraltı təkanlar saat 19:53-də qeydə alınıb və İstanbul da daxil olmaqla bir çox bölgədə hiss olunub. Ardınca vilayətdə 4,6 maqnitudalı təkrar zəlzələ və 3 baldan yuxarı yeddi afterşok baş verib.

Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələdən dərhal sonra AFAD və digər fövqəladə xidmətlər işə başlayıb. Onun sözlərinə görə, hazırda vəziyyət nəzarət altındadır, ciddi fəsadlar barədə məlumat yoxdur.

Balıkəsirin Sındırgı rayonunda isə vəziyyət daha ağırdır. Rayon meri Serkan Sakın sözlərinə görə, təxminən on yaşayış evi qismən çöküb, bəzi ərazilərlə əlaqə kəsilib. Bir evdə yaşayan altı nəfərdən dördü xilas edilib, ikisinin axtarışı davam edir.

Bəzi bölgələrdə mobil rabitə işləmədiyi üçün əhalinin WhatsApp kimi tətbiqlərdən istifadə etməsi tövsiyə olunur. Nəqliyyat naziri Abdulkadir Uraloğlu isə ehtiyat tədbiri olaraq bölgəyə mobil baza stansiyalarının göndərildiyini açıqlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ilk dəqiqələrdən bütün aidiyyəti qurumlar hərəkətə keçib:
“Hadisəni yaxından izləyirik. Allah ölkəmizi hər cür bəladan qorusun.”

Balıkəsirdə dağıntılar altından bir nəfər yerli sakinlərin köməyi ilə çıxarılıb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Seçilən
61
50
moderator.az

10Mənbələr