AZ

Türkiyədə dağıntılar altından dörd nəfər xilas edildi

"Balıkesirdə zəlzələ nəticəsində 10 bina zərər görüb".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Sındırqı bələdiyyə başçısı Serkan Sak deyib.

"Bölgəmizdə 10 binada dağıntı baş verib. Uçmuş binalarda 6 nəfər yaşayırdı. Onlardan 4-nü xilas etmişik, digər ikisini isə xilas etmək üçün çalışırıq", - o bildirib. pizza sifarişi

Balıkesirdə baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabından açıqlama verib və bildirib ki, bütün əlaqədar qurumlar hadisə ilə bağlı hərəkətə keçib, lazımi addımlar atılır.


Telegram kanalımız
Seçilən
45
1
yenisabah.az

2Mənbələr