Madrid “Atletiko”sundan ayrıldıqdan sonra azad agent statusunda yarımmüdafiəçi Aksel Vitsel "Udineze”yə keçidi baş tutmayıb.
90deqiqe.Az-ın "Sky Sport Italia"ya istinadən məlumatına görə, 36 yaşlı futbolçu italiyalı klubla şəxsi şərtlərdə anlaşsa da, sonradan qərarını dəyişib.
“Udineze” belçikalı futbolçuya bir illik müqavilə və əlavə bir mövsüm uzatma opsiyası təklif edib.
Təcrübəli yarımmüdafiəçi hələ də ona növbəti dünya çempionatında iştirak imkanı verəcək uyğun klub axtarışını davam etdirir. Ötən mövsüm Vitsel klub səviyyəsində 22 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.