Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İki ölkə liderləri Ukraynada sülhün əldə olunması yolunda yaranan problemlərini müzakirə ediblər. Tokayev qeyd edib ki, ərazi məsələsi çox vaxt barışıq üçün keçilməz maneəyə çevrilir.
“Lakin indi əsas prioritet Ukraynanın təhlükəsizliyinin sarsılmaz beynəlxalq təminatları əsasında Ukrayna dövlətçiliyinin qorunub saxlanmasıdır”, - deyə Qazaxıstan prezidenti bildirib.