Türkiyənin Balıkəsir bölgəsndə baş verən zəlzələ nəticəsində xəsarət alan 4 nəfərin müalicəsi davam etdirilir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bildirib.
Nazir Memişoğlu sosial media hesabındakı açıqlamasında bildirib:
"Balıkəsirdə baş verən və ətraf vilayətlərdə də hiss edilən zəlzələdə xəsarət alan 4 nəfərin müalicəsi davam etdirilir və həyatları təhlükədə deyil. Komandalarımız sahədə işlərini davam etdirir, bütün aidiyyatı qurumlarla vəziyyəti yaxından izləyirik. Xəsarət alanlarımıza tezliklə şəfalar diləyirəm" - deyə, paylaşımda qeyd olunur