AZ

İsmayıllıda "Mercedes" körpüdən aşdı, alışdı - Xəsarət alanlar var

İsmayıllıda avtomobil körpüdən aşaraq yanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Göyçay çayının rayonun Qalacıq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsi körpüdə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən aşıb və yanmağa başlayıb.

Hadisə zamanı avtomobildə olan 3 nəfər ağır xəsarətlər alıb. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.

Yaralılar avtomobildən çıxarılaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Milli.Az

Seçilən
114
14
milli.az

10Mənbələr