Bazar günü Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində Rusiya Federasiyasının şimal-qərbində Komi Respublikasında yerləşən “LUKOIL-Uxtaneftepererabotka” neft emalı zavoduna zərbələr endirilib.
Publika.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hücuma məruz qalan müəssisə Rusiya ərazisinin dərinliklərində, Ukrayna sərhədindən iki min kilometrdən çox məsafədə yerləşir. Zərər çəkmiş obyekt Rusiya ordusunun yanacaq-sürtkü materialları ilə təmin edir.