AZ

Dioqo Almeyda “İmişli”də

Portuqaliyanın “Akademiko de Vizeu” komandasının hücumçusu Dioqo Almeyda bundan sonra “İmişli”nin uğurları üçün çalışacaq.

Arena.az bu barədə “İmişli”nin mətbuat xidmətinə istinadən xəbər verir.

24 yaşlı portuqaliyalı mərkəz hücumçusu ilə 2 illik müqavilə imzalanıb.

Dioqo Almeyda peşəkar karyerasına “Pasuş de Ferreyra” klubunda başlayıb. “Benfika”nın B komandasında da oynamış futbolçu “Kovilya” və “Mafra”nın uğurları üçün çalışıb. O, 2024-cü ildən formasını geyindiyi “Akademiko de Vizeu”da 22 oyuna 2 qol vurub. Hücumçu Portuqaliyanın U-20 yığmasında da oynayıb.

“İmişli” daha öncə Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev, Ezekiel Morqan, Nikola Karaklayiç, Juninyo, Yav Mozes, Tuncay Yusifli və Xəzər Mahmudovu da heyətinə qatmışdı.

Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo, Elmir Rəhimzadə və Lətif Rzayev əyalət klubu ilə yeni müqaviləyə imza atıblar.

Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarov, Cavidan Qasımlı və Rəhim Osman isə komandanı tərk ediblər.

Seçilən
32
arena.az

1Mənbələr