ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin müdafiə sənayesinin önəmli qurumlarından olan "Baykar" tərəfindən hazırlanmış mini qanadlı raket "KEMANKEŞ 1" Yunan mətbuatında gündəm olub.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, yunan mediası, "KEMANKEŞ 1"in Egey dənizində qaydaları dəyişəcəyini yazaraq, raketin hədəfləri tam dəqiqliklə vurduğunu qeyd edib.
Afinadan "KEMANKEŞ 1" təhlili
Yunan mətbuatında bildirilib ki, Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanmış və "Bayraktar TB3" pilotsuz uçuş aparatı ilə sınaqdan keçirilmiş yeni mini qanadlı raket "KEMANKEŞ 1" bölgədəki qüvvələr balansını dəyişdirəcək. Xəbərdə vurğulanıb ki, süni intellektlə təchiz olunmuş, gecə-gündüz əməliyyat apara bilən və elektron maneələrə davamlı "KEMANKEŞ 1" yüksək texnologiyalı silahdır. Raketin düşmən cəbhəsinin dərinliyindəki hədəfləri yüksək dəqiqliklə vura bildiyi qeyd olunub.
Hər şəraitdə fasiləsiz əlaqə
Jet mühərrikinə sahib "KEMANKEŞ 1"in 20 dəqiqəlik uçuş müddəti var və yalnız "TB3"dən deyil, həm də "Bayraktar TB2" və "AKINCI"dan buraxıla bilir. Süni intellekt dəstəkli optik idarəetmə sistemi sayəsində əlverişsiz hava şəraitində belə hədəf aşkarlamaq və məhv etmək mümkündür, maneə qarşısı alma texnologiyası ilə operatorla fasiləsiz əlaqə saxlanılır.
"Müdafiə planımız çətinləşəcək" etirafı
Yunan mediası yazır ki, bu silahın Türk PUA filosuna inteqrasiya olunması onların müdafiə planlaşdırmasını çətinləşdirəcək. Aşağı xərc, yüksək dəqiqlik və avtonom uçuş imkanı Türkiyəyə pilotlu təyyarə istifadə etmədən dəqiq zərbələr endirmə üstünlüyü verir.
Xəbərdə həmçinin vurğulanıb ki, sistem geniş miqyasda tətbiq olunduğu halda, inkişaf etmiş hava hücumundan müdafiə və elektron müharibə tədbirlərinə ehtiyac yaranacaq. "KEMANKEŞ 1"in Egey və Şərqi Aralıq dənizində strateji üstünlük verən texnologiyalara sərmayə qoyan Türkiyənin PUA-larla ağıllı sursatların birlikdə işlədiyi yeni əməliyyat doktrinasının bir parçası olduğu bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.