Cənubi Koreya çempionatında 25-ci turun oyunları keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” öz meydanında “Suvon”u qəbul edib.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub. Matç “Daejeon”un əzmkar qələbəsi ilə yekunlaşıb. Krivotsyukun komandası ilk hissədən sonra hesabda geri olsa da, 76 və 83-cü dəqiqələrdə vurduğu qollarla 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 25 turdan sonra aktivində 42 xal olan “Daejeon” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.