AZ

“Levski” Bakı səfəri öncəsi qələbə qazandı

“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Levski” Bolqarıstan çempionatında 4-cü tur oyununu keçirib.

Msport.az xəbər verir ki, komanda öz meydanında “Spartak Varna” ilə qarşılaşıb.

Görüşdə “Levski” 2:1 hesablı qələbə qazanıb. Bu qələbə ilə Sofiya təmsilçisi xallarının sayını 12-yə çatdırıb. 4 turdan sonra maksimum nəticə göstərən “Levski” “Ludoqorets”lə birgə 1-2-ci yerləri bölüşür.

Qeyd edək ki, “Sabah” və “Levski” arasında cavab görüşü avqustun 14-də Bakıda olacaq. İlk görüşdə Bolqarıstan klubu 1:0 hesablı qələbə qazanıb.

Seçilən
23
1
msport.az

2Mənbələr