AZ

Avropa ölkələri Alyaska görüşü öncəsi Trampla danışıqlar aparmaq istəyirlər

BAKI, 10 avqust. TELEQRAF

Avropa ölkələri ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında baş tutacaq Alyaska görüşü öncəsi Vaşinqton administrasiyasının rəhbəri ilə danışıqlar aparmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb.

Agentlik qeyd edib ki, Avropa liderlərinin Ağ Ev sahibi ilə söhbət keçirmək təşəbbüsü həftəsonu intensiv diplomatik əlaqələrdən, o cümlədən ABŞ vitse-prezidenti Devid Vens ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi arasında baş tutan görüşdən sonra irəli sürülüb.

Danışıqlar barədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri məlumatlandırılıb.

Qeyd edək ki, 11 avqustda birlik ölkələrinin diplomatik idarə rəhbərlərinin virtual iclası keçiriləcək.

Seçilən
86
34
teleqraf.com

10Mənbələr