AZ

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaponiyanın futbol tarixində bütün zamanların ən yaxşı bombardiri hesab olunan Kunişiqe Kamamoto 81 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya Futbol Assosiasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Kamamotonun ölüm səbəbi pnevmoniya olub.

Karyerası ərzində 1967-1984-cü illərdə "Yanmar Dizel" klubunda çıxış edən Kamamoto millinin heyətində 75 qol vurub ki, bu da Yaponiya yığması tarixində ən yaxşı nəticədir.

Karyerasını bitirdikdən sonra Kamamoto 1998-2008-ci illərdə Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
oxu.az

1Mənbələr