AZ

KİV: ABŞ Məxfi Xidməti Tramp-Putin görüşü öncəsi Ankoricda mənzil kirayələyib

BAKI, 11 avqust. TELEQRAF

ABŞ dövlət başçılarının mühafizəsini həyata keçirən Məxfi Xidmət Kreml rəhbəri Vladimir Putin və Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp arasında keçiriləcək görüş ərəfəsində Alyaska ştatının Ankoric şəhərində mənzil kirayələyib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Görüşün yeri rəsmi olaraq hələ elan edilməsə də, daşınmaz əmlak agenti Larri Disbrou nəşrə bildirib ki, Məxfi Xidmətin sorğusu əsasında Ankoricda "altı yataq otağı olan daşınmaz əmlakı" kirayəyə verib.

Seçilən
90
13
teleqraf.com

10Mənbələr