BAKI, 11 avqust. TELEQRAF
Karakasın və qonşu dövlətlərin icazəsi olmadan Venesuela ərazisində istənilən hərbi əməliyyat bütün regiona qarşı təcavüz aktıdır.
Teleqraf xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro özünün X sosial şəbəkəsindəki səhifəsində
"Kolumbiya və Venesuela bir xalq, bir bayraq, bir tarixdir. Qardaş ölkələrin razılığı olmadan istənilən hərbi əməliyyat Latın Amerikası və Karib hövzəsinə təcavüz olacaq", - o yazıb.
Avqustun 8-də “The New York Times” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp onun administrasiyasının terror təşkilatları kimi təsnif etdiyi bir sıra Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə icazə verən Pentaqona direktivi gizli şəkildə təsdiqləyib. Məqalədə deyilir ki, qərar həm dənizdə, həm də xarici torpaqlarda kartellərə qarşı birbaşa hərbi əməliyyatlara rəsmi icazə verəcək.
Kolumbiya Prezidenti Trampın narkotiklərlə mübarizə siyasətini dəstəklədə də, ölkələrin suverenliyi prinsipinə hörmət edilməsini vacib sayır. O əlavə edib ki, Kolumbiya hökuməti artıq “həqiqətən də bu mübarizədə iştirak etməyə” hazır olan digər ölkələrlə koordinasiya aparır.
Bu ilin yanvarında Tramp Meksika narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə icazə verib .