AZ

Zelenski və Makron ümidsizdirlər

Zelenski

Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makron Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqlar ərəfəsində ümidsizdirlər.

Bunu Fransanın “Patriotlar” partiyasının rəhbəri Florian Filippot sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Alyaskada Trampla Putinin görüşünün elanı bombanın partlaması effekti verib. RİA Novosti yazır.

Filippo qeyd edib ki, Zelenski başda olmaqla Ukraynanın avropalı tərəfdaşları tam çıxılmaz vəziyyətdədir və nə edəcəklərini bilmirlər.

"Makron və Zelenski tələsir, məəttəl qalır, yönünü itirir – onların planı tamamilə iflasa uğrayıb”, – siyasətçi vurğulayıb. O əlavə edib ki, Kiyevin avropapərəst dostları da eyni vəziyyətindədirlər.

Cavid

Seçilən
25
1
xalqcebhesi.az

2Mənbələr