İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində bir evə hava zərbəsi endirib.
Xalqcəbhəsi.az “Haber Global”a istinadla bildirir ki, hücum zamanı eyni ailənin 7 üzvü həlak olub.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 61 430 fələstinli ölüb, 153 213 nəfər yaralanıb.