AZ

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdə yaralananların müalicə aldığı xəstəxanalara baş çəkib, səlahiyyətlilərdən sağlamlıqları ilə bağlı məlumat alıb.

Sonra Atatürk Şəhər Xəstəxanasında açıqlama verən nazir yaralıların ən qısa zamanda evə buraxılacağına ümid etdiyini bildirib.

Xəsarət alanlar haqqında məlumat verən K.Memişoğlu deyib: “Xəstəxanalarımıza zəlzələdən zərərçəkmiş 52 xəstə gəlib. Onlardan 29 nəfərini müşahidə altında saxlamaqla müalicə etdik. İndiyə qədər bu xəstələrimizin 18-ni evə buraxmışıq, 11-nin isə hələ də xəstəxanada müalicəsi davam edir. Bu 11 xəstədən də 3-ü zəlzələdən birbaşa zərər çəkib, qalanları isə qaçarkən və ya tullanan zaman yaralanıb. Hamısının vəziyyəti yaxşıdır. Allah bir daha bizə belə faciələri yaşatmasın. Mərhum vətəndaşımıza Allahdan rəhmət, ailəsinə səbr diləyirik. Bütün ölkəmizə başsağlığı veririk”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
icma.az

2Mənbələr