AZ

Kolumbiya lideri ABŞ-nin mümkün hərbi əməliyyatına qarşı Venesuelaya dəstək verib

Prezident Qustavo Petro: Hərbi müdaxilə Latın Amerikası və Karib hövzəsinə qarşı aqressiya olacaq...

Poliqon xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro, ABŞ-ın Venesuela ərazisində bu ölkə hökumətinin icazəsi olmadan hərbi əməliyyat keçirmə planlarını bütün Latın Amerikası və Karib hövzəsinə qarşı “aqressiya aktı” kimi qiymətləndirib.

Avqustun 11-də verdiyi bəyanatda Qustavo Petro bildirib: “Silahlı Qüvvələrin baş komandanı kimi verdiyim əmri ictimaiyyətə açıqlayıram. Kolumbiya və Venesuela — bir xalq, bir bayraq, bir tarixdir. Qardaş ölkələrin razılığı olmadan həyata keçirilən istənilən hərbi əməliyyat Latın Amerikası və Karib hövzəsinə qarşı aqressiya hesab olunacaq”. Prezidentin dediyinə görə, bu prinsipial mövqe regionun birliyini və suverenliyini qorumağa yönəlib. Lakin dövlət başçısının ordunun komandanlığına verdiyi əmrin detalları açıqlanmayıb.

Kolumbiya liderinin bu mövqeyi, ABŞ prezidenti Donald Trampın Meksika və regiondakı bəzi digər ölkələrdə narkokartellərə qarşı hərbi güc tətbiq etməyi nəzərdə tutan gizli direktivi imzaladığı barədə xəbərlərdən sonra açıqlanıb. The New York Times qəzeti mənbələrinə istinadla yazıb ki, Tramp tərəfindən imzalanan bu sənəd Pentaqona əməliyyat planları hazırlamaq səlahiyyəti verir.

Petro, həmçinin vurğulayıb ki, Latın Amerikası ölkələrinin bir-birinə qarşı zor tətbiq etməsi regionun siyasi sabitliyini poza və yeni böhran ocaqları yarada bilər. Onun sözlərinə görə, Venesuela ilə Kolumbiya arasında tarixi, mədəni və sosial bağlar bu iki ölkəni “tək millət” halına gətirib və hər hansı xarici hərbi müdaxilə bu bütövlüyə zərbə vuracaq.

Poliqon.info

Seçilən
53
poliqon.info

1Mənbələr