AZ

Netanyahu və Tramp İsrailin Qəzzaya hücum planlarını müzakirə ediblər

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla İsrailin Qəzza zolağına yeni hücum planlarını müzakirə edib. Bu barədə “Reuters” xəbər verir.

“Onlar müharibəni dayandırmaq, girovların azad edilməsini təmin etmək və HƏMAS-ı məğlub etmək üçün Qəzza zolağında qalan HƏMAS qalalarına nəzarəti ələ keçirmək planlarını müzakirə ediblər”, - Netanyahunun ofisi bildirib.

Həmin gün İsrailin baş naziri bildirib ki, Qəzza zolağına yeni hücum HƏMAS-ın qalan iki qalasını məhv etmək məqsədi daşıyır. Üstəlik Netanyahu bunu yeganə variant adlandırıb, çünki qrup silahlarını yerə qoymaqdan imtina edir.

HƏMAS isə müstəqil Fələstin dövləti yaradılmayana qədər tərksilah olmayacağını bildirib.

Xatırladaq ki, İsrail bu yaxınlarda Qəzza şəhərini ələ keçirmək planını təsdiqləyib. Bununla belə, Netanyahu hədəfin işğal olmadığını açıqlayıb.

"Məqsədimiz Qəzzanı işğal etmək deyil. Məqsədimiz Qəzzanı HƏMAS terrorçularından azad etməkdir. Əgər HƏMAS silahı yerə qoysa və qalan bütün girovları azad etsə, müharibə sabah bitə bilər".

Bundan əlavə, baş nazir müharibədən sonrakı Qəzza zolağı ilə bağlı baxışlarından danışıb. O qeyd edib ki, ərazi hərbsizləşdiriləcək, təhlükəsizliyə isə İsrail cavabdeh olacaq.

Əziz MUSTAFA

Seçilən
24
50
oxumeni.az

10Mənbələr