AZ

NYT: Tramp və Putin Ankoricdə görüşə bilər...

ABŞ Gizli Xidməti Alyaskanın bu şəhərində bina icarəyə götürüb...

ABŞ Gizli Xidməti Alyaskanın Ankoric şəhərində, ABŞ prezidenti Donald TrampRusiya prezidenti Vladimir Putinin ehtimal olunan görüşü üçün nəzərdə tutulmuş əmlakı icarəyə götürüb.

Poliqon xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşrin yazdığına görə, qısamüddətli icarə üzrə çalışan rieltor Larri Disbrou, Ankoricdə yerləşən altı yataq otağı olan əmlakı görüş üçün Gizli Xidmətə icarəyə verdiyini bildirib.

Qəzet həmçinin qeyd edir ki, görüşün dəqiq məkanını öyrənmək üçün Ağ Evə sorğu göndərilib, lakin oradan görüşün Ankoricdə keçiriləcəyi barədə məlumat təsdiqlənməyib.

Bundan əvvəl Alyaskadakı Rus Mədəniyyət Mərkəzinin rəhbəri Anna Vernaya ehtimal etmişdi ki, Putin və Tramp Ankoricdə yerləşən Elmendorf hərbi bazasında görüşə bilərlər.

Poliqon.info

Seçilən
42
13
poliqon.info

10Mənbələr