AZ

Türkiyədə baş vermiş zəlzələdə 29 nəfər yaralanıb, 1 nəfər ölüb

Türkiyənin Balıkesir vilayətinin Sındırğı rayonunda baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, dağıntılar altından çıxarılan 81 yaşlı kişi həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Zəlzələ nəticəsində çökən binada dağıntılar altında qalan 6 nəfərdən 5-i xilas edilib.

Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib, bir bina çöküb.

AzPost.az

Seçilən
147
3
azpost.info

10Mənbələr