AZ

“Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda növbəti təlim keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu rolu mövzusunda maarifəndirmə işinin təşkili” “layihəsini həyata keçirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində 8 avqust 2025-ci il tarixdə Qusar rayonunun Köhnə Xudat kəndində “Kənd yerlərinin dayanıqlı inkişafında kənd turizminin rolu” mövzusunda təlim keçirilmişdir.

Təlimdə Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, yerli sahibkar və fermerlər iştirak etmişlər.

“Cəmiyyətin Davamlı İnkişafına Yardım” İB-nin sədri və layihənin rəhbəri Fərrux Əsgərov layihə haqqında ümumi məlumat verdi, təlimin məqsəd və gündəliyini açıqladı. Layihənin təlimçisi Sədaqət Qəmbərova mövzuya dair təqdimatla çıxış edərək qeyri-ənənəvi turizm, o cümlədən kənd turizmi barədə ətraflı məlumat verdi. Daha sonra dayanıqlı inkişaf konsepsiyası və bu sahədə Azərbaycan hökumətinin siyasəti, kənd turizminin sosial-iqtisadi təsirləri haqqında danışdı.

Müzakirələr əsasən kəndin turizm imkanları və burada həyata keçirilən fəaliyyətlər, turizmin inkişaf etdirlməsi üçün ehtiyaclar və çətinliklər ətrafında aparıldı. Qeyd olundu ki, Köhnə Xudat kəndində istirahət edən qonaqlar əsasən Azərbaycanın digər bölgələrindən və şəhərlərindən gələn insanlardır. Kəndin gözəl təbii mənzərəsi, turizmin inkişafı üçün infrastrukturu var, həm qışı, həm də yayı turizm fəaliyyətləri üçün əlverişlidir. Bununla belə sakinlərin çoxsaylı turist qruplarını, o cümlədən xarici turistləri qəbul etmək təcrübəsi yoxdur. 

Iştirakçılarla aparılan söhbətlərdən aydın oldu ki, sakinlərin turistləri necə cəlb etmək barədə aydın fikir və ideyası yoxdur, yəni marketinq fəaliyyətlərinə ehtiyac var. Həmçinin turizm və xüsusilə də icma əsaslı fəaliyyətlərin təşkili sahəsində yerli sakinlərin maarifləndirilməsi vacibdir.

Iştirakçılar hesab edir ki, bu ərazidə kənd turizminin yüksək səviyyədə inkişaf etdirilməsi üçün dövlət səviyyəsində dəstək olmalıdır ki, bura evlərin təmiri, zəruri avadanlıqlarla təchiz edilməsi, reklam kampaniyasınn aparılması və s. daxidir.

Seçilən
10
3
qht.az

4Mənbələr