AZ

Türkiyə-Ermənistan sərhədi nə vaxt açılacaq?

Türkiyə-Ermənistan sərhədinin açılması üçün konkret tarixlər məlum deyil.

Publika.az xəbər verir ki, bu barədə türk diplomatik mənbə "RİA Novosti"-yə bildirib.

"Bu mövzuda (Türkiyə-Ermənistan sərhədinin açılması - red.) konkret müddət yoxdur. Cənab prezidentin (Rəcəb Tayyib Ərdoğan - red.) dediyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi Bakı ilə İrəvan arasında sülh prosesi ilə paralel davam edəcək. Biz bu istiqamətdə müsbət addımlar görürük, iki ölkə arasında sülh sazişinin imzalanmasından bütün region faydalanacaq", - mənbə qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Ağ Evdə İrəvanla Bakı arasında münasibətlərin sülh yolu ilə nizamlanmasına dair birgə bəyannamə imzalayıblar.

Seçilən
15
11
publika.az

10Mənbələr