AZ

“Neftçi”yə limit əngəli – onlar “qara-sıyahı”da 

“Neftçi” növbəti mövsümün hazırlıqlarını davam etdirir. “Ağ-qaralar” iddialı heyətlə yeni mövsümdə yüksək pillələr üçün mübarizə aparacaq. Edilən transferlər də bunu göstərir.

Ancaq komandaya gələn yeni futbolçularla yanaşı, heyətdə istənməyən oyunçular da var. Bunların başında Andrey Ştoqrin və Aleks Fernandes gəlir. İki oyunçu ilə yolların ayrılması gözlənilir.

Buna səbəb növbəti mövsümən tətbiq ediləcək legioner limiti qərarıdır. Belə ki, komandalar oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu daxil edə biləcək. Meydanda isə eyni anda 11 əcnəbi futbolçunun oynamasına icazə verilib.

Hazırda yeni transferlərlə bərabər komandada 17 legioner var. Ancaq komandaya daha bir neçə oyunçu gələcək. Bundan sonra “ağ-qaralar”ın azı iki futbolçu alacağı gözlənilir. Yeni transferlərlə limitin aşılmaması üçün bəzi futbolçular mütləq göndərilməlidir.

Onların da başında Ştoqrin və Fernandes gəlir. Oyunçuların icarə əsasında komandadan göndərilmələri də gündəmdədir.

İdmanxeber.az 

 

Seçilən
22
idmanxeber.az

1Mənbələr