AZ

"Ağ Evdəki görüş tarixi əhəmiyyətə malikdir" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında 8 avqustda Ağ Evdə keçirilən tarixi görüşün əhəmiyyəti olduqca böyükdür". 

Bu sözləri politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, görüşdə tarixi nəticələr əldə olundu:

"Görüş Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, Zəngəzur dəhlizinin açılması, 907-ci düzəlişin ləğv olunması, ATƏT-in Minsk Qrupunun ləğvi üçün müraciət edilməsi kimi bir çox mühüm detalla yadda qaldı. Xüsusilə də bu, Azərbaycan və Ermənistan arasında sülhün başladığı görüş olaraq qiymətləndirilməlidir. Hesab edirəm ki, sözügedən görüş həm region, həm də dünya üçün tarixi bir görüş oldu".

379612

Ekspert vurğulayıb ki, Bakı ilə İrəvan arasında sülh sazişinin mətninin paraflanması yekun sülh sazişinin imzalanması üçün atılan ən mühüm addımlardan biridir:

"Bu, yekun sülh sazişinə gedən yolu açmış oldu. Doğrudur, yekun sülh sazişi üçün Azərbaycanın Ermənistanın qarşısında tələbləri var. Ən əsas tələblərindən biri də Ermənistanda konstitusiya dəyişikliyinin həyata keçirilməsidir. Lakin artıq Paşinyan da konstitusiya dəyişikliyi üçün müəyyən çağırışlar edib. Yəni Vaşinqtonda ayın 8-də imzalanan saziş Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına təkan verən bir hadisə oldu". 

Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin də açılması müstəsna hadisədir:

"Bizim Zəngəzur dəhlizi adlandırdığımız yolu artıq "Trump Körpüsü" və "Trump Yolu" adlanır. Lakin mahiyyət dəyişmir, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi yaradılır. Düşünürəm ki, bu yolun açılması həm Cənubi Qafqaz, həm də dünya üçün sözün əsl mənasında tarixi hadisədir. 

Ümumiyyətlə, Vaşinqtonda baş tutan görüşdə qazanan dövlətlər Azərbaycan, Ermənistan və ABŞ-dir. Eyni zamanda, Türkiyə, Çin və Avropa dövlətlərini qazananlar sırasında göstərmək olar. Rusiya isə artıq Qafqazda olan nüfuzunu itirib və yavaş-yavaş da sıxışdırılıb, kənara çıxarılır". 

Pərviz

Seçilən
26
50
hit.az

10Mənbələr