AZ

Yaponiya millisinin bombardiri vəfat etdi

BAKI, 11 avqust. TELEQRAF

Futbol üzrə Yaponiya milli komandası ilə 1968-ci il Olimpiadasının bürünc mükafatçısı Kunisiqe Kamamoto 81 yaşında vəfat edib.

Teleqraf Yaponiya Futbol Assosiasiyasının (YFA) rəsmi saytına istinadən xəbər verir ki, veteran futbolçunun ölüm səbəbi pnevmoniya olub.

Kamamoto 75 qolla Yaponiya yığmasının bombardiridir.

Qeyd edək ki, Kunisiqe Kamamoto futbolçu karyerasını başa vurduqdan sonra YFA-nın vitse-prezidenti (1998-2008) vəzifəsində çalışıb.

Seçilən
30
1
teleqraf.com

2Mənbələr