AZ

Millinin ən yaxşı bombardiri vəfat etdi

Yaponiya milli komandasının sabiq üzvü Kunisiqe Kamamoto vəfat edib. 

Fanat.Az xəbər verir ki, məlumatı Yaponiya Futbol Assosiasiyasının (JFA) rəsmi saytı yayıb.

1968-ci il Olimpiya Oyunlarının bürünc mükafatçısı 81 yaşında dünyasını dəqişib. Ölümün səbəbi pnevmoniya qeyd olunub.

Kamamoto millinin heyətində 76 oyun keçirib və 75 qol vurub ki, bu da Yaponiya yığmasının tarixində rekordudur. O, 1968-ci il Olimpiadasında 7 qolla turnirin bombardiri olub. 

Futboldan ayrıldıqdan sonra Kamamoto JFA-nın vitse-prezidenti (1998-2008) vəzifəsində çalışıb və 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatının təşkilat komitəsinin üzvü olub.
 

Seçilən
28
fanat.az

1Mənbələr