"Vilyarreal"dan ayrılan Arno Danjuma "Valensiya"ya qoşulub.
Offsideplus.az xəbər verir ki, niderlandlı futbolçu "yarasalar"la 3 illik müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Danjuma 2021-ci ildən müqavilə ilə "Vilyarreal"a məxsus idi. O, son mövsümü icarə əsasında "Jirona"da keçirib.
28 yaşlı futbolçu karyerası boyunca 244 oyuna çıxıb və 67 qol vurub.