Bakı. Trend:
Avqustun 11-nə (saat 10:00) olan məlumata əsasən, şagirdlərinyerdəyişməsi elektron xidməti (sy.edu.az) vasitəsilə Bakı Şəhəriüzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 4063 sorğu yerləşdirilib.
Trendxəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ll-lX və Xl siniflərüzrə şagird yerdəyişməsi 5 avqust tarixindən sy.edu.az elektronsistemi üzərindən həyata keçirilir. X siniflər üçün isə 12 avqustsaat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərinrahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə,əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədəsubyektiv amillərin aradan qaldırılmasına imkan verir.