AZ

Ağcabədidə iki yük avtomobili toqquşdu - 1 nəfər sıxılı vəziyyətdə qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağcabədi rayonu, Qaradolaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "КamAZ" markalı iki yük avtomobili toqquşub, bir nəfər sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan bir nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
12
8
avtosfer.az

10Mənbələr