AZ

Hacıqabulda traktorla minik avtomobili toqquşub, xəsarət alanlar var » AzadMedia.az


Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub.

Hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub.

Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.(Report)

Faktla bağlı araşdırma aparılır.
Seçilən
29
13
azadmedia.az

10Mənbələr