"Tottenhem" klubu "Mançester Siti"nin futbolçusu Savinyonu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi "şəhərlilər"lə danışıqlara başlayıb. Braziliyalı futbolçu bu keçidə açıqdır.
Bu barədə "Relevo" portalı məlumat yayıb.
Savinyo ötən ilin yayında "Mançester Siti"yə transfer olub. İngiltərə klubu onun üçün 30.8 milyon funt-sterlinq ödəyib.
O, burada 48 oyunda 3 qol vura bilib.