BAKI, 11 avqust. TELEQRAF
"Azorel" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq öz tərkibindən "Azorel Əmlak" MMC adlı yeni şirkəti ayırıb.
Teleqraf xəbər verir ki, şirkət ayrılaraq müstəqil fəaliyyətə başlayıb. Yeni yaradılan "Azorel Əmlak" MMC, bölünmə balansında göstərilən hüquq və öhdəliklər üzrə "Azorel" MMC-nin hüquqi varisi kimi tanınır. Bununla da, mülkiyyət və öhdəliklərin qanunvericiliyə uyğun şəkildə yeni cəmiyyətə keçməsi təmin edilib.
Qeyd edək ki, "Azorel MMC" Xəzər dənizinin Bakı sahilində yerləşən, qazma məhlullarının istehsalı, mühəndislik xidmətləri, tullantıların idarə edilməsi və dəniz yükdaşıma həlləri üzrə ixtisaslaşmış müasir texnoloji zavoddur. Şirkətin Halliburton və Swire Oilfield Services ilə əməkdaşlığı var. Şirkət eyni zamanda, SOCAR AQS üçün Ümid və Bulla yataqlarında mühəndislik xidmətləri göstərir və “Günəşli” yatağına barit maddəsininin təchizatını həyata keçirir.
Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Yusifova Arzu Fərman qızıdır.