AZ

Bu ölkə də Fələstini dövlət kimi tanımağa razı oldu


Yeni Zelandiya Fələstin dövlətinin tanınması imkanını nəzərdən keçirir. Bu barədə “Al Arabiya” telekanalı ölkənin xarici işlər naziri Uinston Pitersə istinadən məlumat yayıb. "Baş nazir Kristofer Lyuksonun kabineti sentyabrda rəsmi qərar qəbul edəcək və BMT Liderlər Həftəsində hökumətin mövqeyini təqdim edəcək" - o bildirib.
U. Piters qeyd edib ki, ölkənin bəzi yaxın tərəfdaşları Fələstin dövlətini tanımaq qərarına gəlsələr də, Vellinqton müstəqil xarici siyasət həyata keçirir.

"Biz bu məsələni diqqətlə ölçüb-biçdikdən sonra Yeni Zelandiyanın prinsipləri, dəyərləri və milli maraqlarına uyğun hərəkət etmək niyyətindəyik", - nazir vurğulayıb.

Mətləb Salahov

Seçilən
9
baki-xeber.com

1Mənbələr