AZ

“Karvan”ın planı – Yevlaxda bayram kimi “Qarabağ” qarşılaşması

Premyer Liqada çıxış edəcək “Karvan” klubunun ev oyunlarını keçirəcəyi Yevlax şəhər stadionunda çalışmalar davam edir. Bölgə təmsilçisinin mövsümə Şamaxıda başlayacağı bəllidir.

Müvəqqəti olaraq ev oyunlarını burada keçirəcək əyalət klubu Premyer Liqanın açılış matçında “Qəbələ” ilə üz-üzə gələcək. Ancaq “ağ-qaralar”ın uzun müddət Şamaxıda qalmaq niyyəti yoxdur.

Bölgə klubu ən qısa vaxtda təmsil etdiyi Yevlax rayonuna qayıdacaq. Rəhbərliyin əsas hədəfi isə “Qarabağ” görüşünə qədər stadionda işlərin yekunlaşmasıdır.

“Karvan” Premyer Liqanın III turunda Ağdam klubuna qarşı keçirəcəyi ev oyununa doğma meydanda çıxmaq istəyir. Bu səbəbdən də rəhbərlik arenada davam edən işlərin sürətlənməsini istəyib.

Yexlax təmsilçisi “Qarabağ”la görüşə azarkeşləri önündə çıxaraq, təmirdən çıxan stadionun açılışını əsl bayram havasında etmək niyyətindədir. 

Həsən Quluzadə / İdmanxeber.az

 

Seçilən
0
idmanxeber.az

1Mənbələr