AZ

Mirzoyan Zəngəzur dəhlizi ilə bağlı Arakçiyə zəng edəcək

Ermənistanın Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı İran İslam Respublikasının əsas tələbləri Vaşinqton razılaşmaları çərçivəsində nəzərə alınmalıdır.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə İranın xarici işlər naziri Abbas Arakçi deyib.

Nazirin sözləri Tehranın Ermənistanın Sünik bölgəsindən keçən “Tramp marşrutu” (TRIPP) layihəsi ilə bağlı narahatlığının davam etməsi fonunda səslənib.

Daha əvvəl İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin vurğulayıb ki, İran Cənubi Qafqazda hər hansı sərhəd dəyişikliyinə qarşıdır və Ermənistanın öz sərhədlərinə tam nəzarət etməsində israrlıdır. O qeyd edib ki, İrəvan və Tehran öz problemlərini müstəqil həll etməyə qadir olan iki qədim dövlətdir. Konsul əlavə edib ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sazişdə “bir çox sual işarələri” var və bunların diqqətlə öyrənilməsi lazımdır.

İranın xarici işlər naziri Abbas Arakçi isə vurğulayıb ki, İran İrəvan və Bakı ilə fəal məsləhətləşmələr aparır.

"Ermənistanın xarici işlər naziri avqustun 11-də zəng edəcək, baş nazir Nikol Paşinyan da onunla əlaqə saxlayacaq, Ermənistan xarici işlər nazirinin müavini çərşənbə axşamı Tehrana gələcək. Biz tərəflərlə daim məsləhətləşmələr aparırıq", - XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Tehranın mövqeyi dəyişməz olaraq qalır. İran Ermənistan və Azərbaycan arasında istənilən sülhü alqışlayır, bütün region ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir və beynəlxalq sərhədlərdə istənilən dəyişikliyin əleyhinədir.

O xatırladıb ki, Ermənistan və Azərbaycanın birgə bəyanatında üç prinsip var: suverenliyə hörmət, ərazi bütövlüyü və sərhəd dəyişikliklərinə qarşı mübarizə. Onun sözlərinə görə, bu müddəalar İslam Respublikasının mövqeyinə tam uyğundur.

Arakçi deyib ki, dəhliz yaradılması məsələsi tamamilə gündəmdən çıxarılıb və söhbət Ermənistanın yurisdiksiyası və suverenliyi altında tikiləcək tranzit yolundan gedir. Layihəni Ermənistanda qeydiyyatdan keçmiş və onun qanunları əsasında fəaliyyət göstərən Amerika-erməni şirkəti həyata keçirəcək.

Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədə əsasən, Ermənistan ABŞ-a Ermənistan qanunvericiliyi ilə fəaliyyət göstərəcək marşrutun inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verəcək. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır. Bu marşrut vasitəsilə Azərbaycan Naxçıvanla quru əlaqə qurmağı gözləyir.

Seçilən
72
50
modern.az

10Mənbələr