AZ

"İnter" Lookmanı transfer edə bilər

“İnter” klubu nigeriyalı hücumçu Ademola Lookmanın transferi ilə bağlı “Atalanta” ilə aparılan danışıqları dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Atalanta" futbolçusu üçün zəmanətli şəkildə 50 milyon avro tələb edir.

Lakin “İnter” 45 milyon avrodan artıq məbləğ və bonus təklif etməyə hazır olmadığını bildirib.

Bu arada, “Napoli”nin vəziyyəti yaxından izlədiyi qeyd olunur. İtaliya çempionunun həftənin sonuna qədər Lookman üçün “Atalanta”ya rəsmi təklif göndərə biləcəyi iddia edilir.

Seçilən
41
operativmm.az

1Mənbələr