AZ

ABŞ-da 9 baldan çox zəlzələ və nəhəng sunami baş verə bilər

ABŞ-ın sahil zonasında nəhəng sunami ilə müşayiət olunan 9 bal gücündə zəlzələ baş verə bilər...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Daily Mail tabloidi seysmoloqların müşahidələrinə istinadən yazır.

Yüksək dəqiqlikli sualtı xəritəçəkmə texnologiyalarından istifadə edilməklə aparılan tədqiqat Kaskad Sualtı Zonada geostatik aktivliyin həyəcan verici əlamətlərini aşkar edib. Şimali Amerika sahilləri boyunca Kanadadan Kaliforniyaya qədər uzanan 970 kilometr uzunluğunda dörd nəhəng qırılma seqmentini göstərib. Bu ərazinin sualtı zonasında güclü təkanlar təkcə sahil infrastrukturunun dağılmasına deyil, həm də suyun və havanın zəhərlənməsinə, çirklənməsinə səbəb ola bilər.

Məqalədə qeyd olunur ki, sonuncu dəfə belə zəlzələ 1700-cü ildə müşahidə edilib. Alimlərin fikrincə, belə hadisələr təxminən 500 ildə bir dəfə baş verir.

Poliqon.info

Seçilən
46
50
poliqon.info

10Mənbələr