Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verri ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışarkən deyib.
O, abituriyenlərə ixtisas seçimini özlərinin aparmağını məsləhət görüb: "Biz verdiyimiz məlumatları təhlil edib, öz prioritetlərinizi müəyyənləşdirərək seçim etməlisiniz. Əlbəttə ki, öz istəyinizi və balınızı nəzərə almalısınız. Real imkanlarınızı statistika ilə müqyisə etməlisiniz".