Vaşinqtonda danışıqlardan sonra İrəvana qayıdan xarici işlər naziri Ararat Mirzoyan Zvartnots beynəlxalq hava limanında jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
“Cebheinfo.az” bu barədə erməni mətbuatına istinadən yazır.
Müxbirin nə üçün Azərbaycana Zəngəzurdan Naxçıvana maneəsiz marşrut ayrıldığını, Ermənistanda isə “maneəsiz” sözünün işlədilmədiyini soruşub.
Mirzoyan cavab verməkdən imtina edib: “Yox, siz erməni dilində başa düşmürsünüz?”
Daha sonra Ermənistan XİN rəhbəri sürətlə maşına oturaraq oradan uzaqlaşıb.