AZ

“Qalatasaray” Morata ilə yolları ayırdı

“Qalatasaray” Alvaro Moratanın icarə müqaviləsinin vaxtından əvvəl ləğv olunduğunu açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, qərar tərəflərin qarşılıqlı razılığı və “Milan”ın iştirakı ilə verilib.

32 yaşlı hücumçu müqavilə üzrə alacağı təxminən 650 min avrodan imtina edib. Onun “Milan”dan “Komо”ya 12 milyon avroya transfer olunacağı gözlənilir.

Morata ötən mövsüm Super Liqada 12 oyuna çıxıb, 6 qol vurub.

Seçilən
9
idmanxeber.az

1Mənbələr