AZ

İsmayıl Bəqai: İranla Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsləhətləşmələr keçirəcək » AzadMedia.az


Bu gün və sabah İranla Ermənistan rəsmiləri arasında Zəngəzur dəhlizi ilə bağlı yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Biz Cənubi Qafqaz regionundakı qonşu ölkələrlə sıx əlaqə saxlamışıq və saxlayırıq. Həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərimiz var. Biz qonşuluq və qarşılıqlı fayda əsasında qurulan dostluq əlaqələrinə böyük əhəmiyyət veririk”, - o vurğulayıb.

İ.Bəqayi Vaşinqtonda imzalanmış sənədə münasibət bildirərkən deyib ki, bu, yeni məsələ deyil:

“Əgər xatırlayırsınızsa, əvvəlki danışıqlarda hər iki tərəfi sülh sazişini imzalamağa ağırmışıq. Biz hesab edirik ki, bu saziş Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında dönüş nöqtəsi ola bilər”.
Seçilən
16
3
azadmedia.az

3Mənbələr