AZ

Qurban Qurbanov “Spartak”ın baş məşqçi postuna namizəd göstərildi 

Rusiyanın “Sport den za dnem” nəşri Qurban Qurbanovu Moskva “Spartak” klubunun baş məşqçi postuna namizədlər arasında göstərib.

İdmanxeber.az xəbər verir ki, nəşr təcrübəli mütəxəssisi gözlənilməz və maraqlı variantlardan biri hesab edir:

“1999–2001-ci illərdə o, Rusiyada “Baltika” və “Fakel” klublarında çıxış edib. Daha sonra Rusiya futbolu ilə yolları kəsişməyib. Lakin “Qarabağ”da çalışarkən Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil olmaqla bir sıra rusiyalı futbolçuların məşqçisi olub və klubla avrokuboklarda uğurla çıxış edib. Rusiya ilə Azərbaycan arasında münasibətlər bəzən gərgin olsa da, idman siyasətdən kənardır”.

Seçilən
0
idmanxeber.az

1Mənbələr