Bəzi ali məktəblərə rus bölməsi üzrə qəbulun aparılmaması həqiqəti əks etdirmir.
Redaktor.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
"Rus bölməsi üzrə plan yerlərinin siyahısı ayrıca olaraq rus dilində Abituriyent 4 jurnalında nəşr olunub, - məlumatda bildirilib.
Qeyd edək ki, bəzi media orqanlarında bir sıra universitetə rus dilində qəbulun dayandırılması ilə bağlı məlumatlar yayılmışdı.