
Ermənistanın Baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Paşinyan İran prezidentini avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş danışıqların nəticələri barədə məlumatlandırıb, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün region üçün açdığı imkanları vurğulayıb.
“Paşinyan bildirib ki, regional nəqliyyat marşrutları ölkələrin ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlılıq əsasında fəaliyyət göstərəcək.