AZ

Həmin tortla bağlı Hökumənin atasından AÇIQLAMA

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günündə təşkil edilən mərasimdə çəkilən foto müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, sözügedən mərasimdə mərhum H.Əliyevanın anası Kəmalə Alıyevanın qarşısına üzərində qızının fotosu olan tort qoyulub. 
 

Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilir. Sözügedən görüntüləri tənqid edən sosial şəbəkə istifadəçiləri ananın əlinə bıçaq verib belə bir tortu kəsmək istənilməsini həm onun ruhuna, həm də ailəsinə hörmətsizlik kimi qiymətləndiriblər.


Sözügedən fotoda Kəmalə Alıyevanın yanında AZAL əməkdaşlarının dayanmağı tədbirin bu qurum tərəfindən təşkil edilməsi təəssüratını yaradıb. Amma AZAL-dan bildirilib ki, qurumun heyəti tədbirdə yalnız qonaq qismində iştirak edib.

Hökumə Əliyevanın atası Cəlil Əliyev də Ölkə.az-a açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiyini söyləyib.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Bizim.Media

Seçilən
29
14
bizim.media

10Mənbələr