AZ

“Qarabağ”a görə gücləndirilmiş iş rejiminə keçdilər

Sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə işləyəcək.

Msport.az xəbər verir ki, səhmdar cəmiyyət “Qarabağ”ın Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçirəcəyi matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

“Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək. Sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişi üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək”, – məlumatda qeyd olunub.

Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Seçilən
43
10
msport.az

10Mənbələr